Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib

01 noyabr 2022 | 16:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı məsələlərin həllinə əhəmiyyətli təsirini göstərmişdir.
Eyni zamanda ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almış, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən edilmişdir. Ölkə Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planı bu sahədə həyata keçirilən işlərin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Şuşa rayonu üzrə Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə bağlı məqsədyönlü işlər həyata keçirilir. Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən 01 noyabr tarixində Şuşa Rayon İcra Hakimiyyətində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq tədbir keçirilmişdir. Tədbirdə çıxış edən natiqlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini öyrənmək, zərurət yaranarsa bu sahədə əməli köməklik göstərmək, qeyd olunan sahədə mübarizə tədbirlərinin aparılmasında dövlətimizin rolu barədə bölgələrimizdə yaşayan insanları məlumatlandırmaq, narkotik vasitələrin törətdiyi fəsadlar haqqında maarifləndirici fikir mübadiləsi aparmağın əhəmiyyətini vurğuladılar.

Keçidlər