Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik tərkibli yabanı bitkilərin zərərli xassələrinin təbliği ilə bağlı maarifləndirmə işləri aparılmışdır

10 yanvar 2022 | 14:50

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər Dövlət Proqramının  4.4.16 –cı bəndinə əsasən  Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkili, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlardan vasitəsilə onların zərərli xassələrinin təbliği ilə bağlı Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir. Rayon əhalisinin kompakt yaşayış yerlərində, ictimaiyyət arasında, məktəblərdə izahat və maarifləndirmə işləri aparılmış, narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmiş, əyani vəsaitlər – fotolar nümayiş etdirilmişdir.

Keçidlər