Növbəti səyyar görüş keçirildi
10 mart 2023 | 16:23
Sumqayıt şəhəri , “Əlvan metal” pansionatında yerləşən Şuşa 10 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf etdiyini, cənab İlham Əliyevin yalnız ölkə başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atması, qlobal təşəbbüslər irəli sürməsi dünyada ədalətin bərqərar olmasına layiqli töhfə verildiyini bildirdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə dövlət başçımızın şəxsi nəzarəti altında genişmiqyaslı lahiyələrin uğurla icra olunduğunu və görülən işlərin bütün dünyanı heyrətə saldığını diqqətə çatdırdı. Görüş zamanı rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.