Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Yevlax rayonu, “İrəvanlı” məcburi köçkün qəsəbəsində keçirildi

25 iyul 2023 | 16:42
 
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar növbəti səyyar görüşü 25 iyul 2023-cü il tarixdə Yevlax rayonu, “İrəvanlı” məcburi köçkün qəsəbəsində keçirildi.
Rayon rəhbəri Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə vətəndaşların müraciətləri dinlənildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi
Görüşdə iştirak edən rayon sakinləri ölkədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bidirdilər.
Keçidlər