Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramına həsr olunmuş “Novruz – elin əziz bayramı” adlı tədbir keçirilmişdir

17 mart 2026 | 17:59
17.03.2026-cı il tarixdə Şuşa Humanitar Kollecdə Novruz bayramına həsr olunmuş “Novruz – elin əziz bayramı” adlı tədbir keçirilmişdir. Bayram tədbirində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Giriş nitqi ilə tədbiri açan RİH rəbəri Bayram Səfərov Novruzun xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynadığını, paklığı, mühüm insani dəyərləri tərənnüm etdiyini bildirmiş, Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran, onun ölkəmizdə daim yüksək səviyyədə keçirilməsinə şərait yaradaraq yaddaşlardan silinməsinə imkan verməyən Ümummilli Liderimizin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər il bayram şənliklərinə qatılmasının milli birliyimizin göstəricisi olduğunu vurğulamışdır. Novruz bayramının artıq 6-cı ildir ki, qalib xalqın nümayəndələri kimi böyük qürur və iftixar hissi ilə qeyd edildiyini bildirən rayon rəhbəri Şuşa rayon əhalsini qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edərək hər kəsə möhkəm sağlamlıq, uzun ömür arzulamışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Polad Bülbüloğlu Novruzun ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunduğunu, bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini, bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürməyin hər kəsin müqəddəs borcu olduğunu bildirmişdir.
Kollecin müəllim və tələbələrinin, rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət Novruzun gəlişinə həsr olunmuş rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratmışdır. Kollecin həyətində alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanmışdır.
Keçidlər