“Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi” ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətində 2022-ci il iyun ayının 17-də Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə tədbir keçirilmişdir. İclasda Şuşa RİH-nin məsul işçiləri, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının rayon komitələrinin nümayəndələri, sahibkarlar iştirak edib. Şuşa RİHB-nin müavini Vüsalə Fətəliyevanın bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif fikirlər irəli sürüblər. İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional filialı tərəfindən müvafiq köməkliklər olunur.