Şriftin ölçüsü :

Saytın rəngi :

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri ilə bağlı Şuşa ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər keçirildi

20 dekabr 2022 | 17:15

 

15 - 20 dekabr 2022-ci il tarixlərində Şuşa rayon ümumtəhsil müəssisələrində “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.3-cü bəndinin (Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər görülməsi) icrasının təmin edilməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilib.
Şuşa Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumi təhsil məktəblərində plastik məişət tullantılarının idarə edilməsi sahəsində müəllim və şagirdlər arasında “Ətraf aləmi tullantılardan xilas edək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə çıxış edənlər müzakirə olunan məsələnin əhəmiyyətindən danışıblar. Məktəb rəhbərlərinə xüsusi olaraq tapşırılıb ki, ətraf mühitin bərk məişət və plastik tullantılarla çirklənməsinin qarşısının alınması üçün daha məqsədyönlü işlər görülməli, şagirdlər arasında maarifləndirmə işləri gücləndirilməlidir. Şagirdlər məktəbə yaxın ərazilərdəki məişət tullantılarını toplayıb, bəzi hissələrini təkrar emala göndərilməsi üçün aidiyyəti orqana təhvil veriblər.

Keçidlər