Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Şuşa rayon 7 nömrəli tam orta məktəbin akt zalında "Şuşa ili"nə həsr olunmuş "Zəfərin mübarək-Vətən!" adlı tədbir keçirilib

09 iyun 2022 | 14:13
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova,bacısı Kəmalə xanım,Şəhid-mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva,YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev,Şuşa rayonu üzrə təhsil sektorunun əməkdaşı Rəsmiyyə Məmmədova,Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin əməkdaşları, rayonun idarə,müəssisə rəhbərləri, təhsil işçiləri və partiya fəalları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan təhsil sektorunun əməkdaşı Rəsmiyyə Məmmədova “Şuşa ili” ilə bağlı məktəbdə təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açaraq bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
Daha sonra çıxış edən İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva və YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev qeyd ediblər ki,tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb, onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq.
Tədbirdə çıxış edən Qəhrəman generalımızın anası Səmayə Həşimova şəhidlərimizin ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib və Cənab İlham Əliyevə şəhid ailələri adından öz təşəkkürünü çatdırıb.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib və maraqlı səhnəciklər göstərilib.
Keçidlər