Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində yerləşən Turşsu kənd uşaq musiqi məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi

25 mart 2024 | 17:25
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. 25.03.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində yerləşən Turşsu kənd uşaq musiqi məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan, “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi haqqında danışdı.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər