Qəbələ rayonu, “Zarağan” məcburi köçkün qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Ölkəmizdə səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində azərbaycan vətəndaşı durur, vətəndaş məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazılərin həmçinin digər kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman, Sərəncamlarda öz əksini tapmışdır. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 60 rayonunda məskunlaşmış rayon sakinləri ilə səyar-qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 16.05.2025-ci il tarixdə Qəbələ rayonu, “Zarağan” məcburi köçkün qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, işğaldan azad edilən ərazilərdə ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı danışmış, Qarabağda aparılan nəhəng quruculuq işlərinin dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyduğunu bildirmişdir. Vətəndaşların müraciətləri əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilmişdir. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılmışdır.