Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ rayonu, “Zarağan” məcburi köçkün qəsəbəsində yerləşən 24 saylı Şuşa rayon tam orta məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir

21 may 2022 | 11:11

Ölkəmizdə səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində azərbaycan vətəndaşı durur, vətəndaş  məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazılərin həmçinin digər kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman, Sərəncamlarda öz əksini tapmışdır.Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 58 rayonunda məskunlaşmış rayon sakinləri ilə  səyar-qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi   əhali  tərəfindən yüksək qiymətləndirilir. 21.05.2022- ci il tarixdə Qəbələ rayonu, “Zarağan” məcburi köçkün qəsəbəsində yerləşən 24 saylı Şuşa rayon tam orta məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir.Vətəndaşların müraciətləri əlaqədar  Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində araşdırılması və operativ həlli  üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilmişdir. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə  aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılmışdır.

Keçidlər