Şriftin ölçüsü :

Saytın rəngi :

Qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirmə tədbirləri keçirilib

20 fevral 2022 | 15:43

25 Yanvar – 20 fevral tarixlərində Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Şuşa rayonu Malıbəyli kənd sakinlərinin məskunlaşdığı “Ramana- 450”qəsəbəsində və Şuşa Humanitar Kollecində maarifləndirmə işləri aparılıb.
Maarifləndimə Şuşa RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin baş məsləhətçisi Gülşən Məmmədova , Şuşa Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov tərəfindən həyata keçirilib. Maarifləndirmə tədbiri həmçinin Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.
Əhali arasında aparılan maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Şuşa Rayon İcra Hakimiyyəti , Rayon Mərkəzi Xəstəxanası və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin birgə layihəsi əsasında hazırlanmış konservləşdirilmiş qida məhsullarının təhlükəsizliyinə gigiyenik tələblər adlı maarifləndirmə materialları əhaliarasında paylanmışdır.

Keçidlər