Şriftin ölçüsü :

Saytın rəngi :

"Ramana - 450"qəsəbəsində Şuşa rayon sakinləri ilə səyyar görüş keçirildi

06 yanvar 2023 | 16:01
Şuşa Rayon İcra Hakimiyyəti başçısının Sabunçu rayonu, "Ramana-450" qəsəbəsində məskunlaşmış rayon sakinləri ilə Şuşa Rayon Malıbəyli kənd Musiqi məktəbində səyyar görüşü keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Rayon rəhbəri Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər