Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı Şuşa şəhər tam orta məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir
Şuşa rayon sakinlərinin müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şuşa Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi olaraq təşkil edilir.
Təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 29 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi , 7 saylı Şuşa şəhər tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,idarə müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.