Sağlam gənclik naminə maarifləndirmə işləri gücləndirilir
Azərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir. Sözügedən siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək, yanılmarıq. Məsələ ondadır ki, son dövrlər dövlət gənclərlə bağlı sosial dəstək, gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı layihələrə xüsusi önəm verir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir. Şuşa rayonu üzrə Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması məqsədi ilə ümumtəhsil və orta-ixtisas məktəblərində vaxtaşırı idman tədbirləri, rəsm və rəqs müsabiqələri təşkil edilir, məktəblərdə şagirdlərin ictimai faydalı əməklə məşğul olmaları üçün şərait yaradılır, narkotiklərə meyilli şəxslər barəsində məktəblərdə fəaliyyət göstərən komissiyalar və tibb müəssisələrimiz tərəfindən qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Rayonun ümumtəhsil müəssisələrində “Erkən nikaha yox deyək”, “Sağlam gənclik gələcəyin təməlidir” , "Narkomaniyaya birlikdə yox deyək!”, “Narkomaniya bəşəriyyətə düşmən” Mən öz gələcəyimi seçirəm mövzularında silsilə tədbirlər keçirilmiş, tələbə vəşagirdlərə maarifləndirici materiallar paylanılmışdır. Tədbirlərdə çıxış edənlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vahid dövlət sistemi çərçivəsində hüquq mühafizə orqanları tərəfindən rayonda da müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında müvafiq profilaktik təbliğat işlərinin görüldüyünü, keçirilən tədbirlərin rayon sakinləri tərəfindən razılıqla qarşılandığını, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin çox təqdirəlayiq bir iş olduğunu bildirmişlər.