Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam və rasional qidalanma” mövzusunda tədbir keçirilmişdir

02 dekabr 2022 | 16:41

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) icrasının təmin edilməsi məqsədilə Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərindən biri olan “Ramana -450” qəsəbəsində maarifləndirici tədbir keçirilib.
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Bağırova iştirakı ilə keçirilən tədbirdə qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Keçidlər