Sakinlər ilə növbəti səyyar görüş keçirildi
11 fevral 2023 | 16:51
10.02.2023 -cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Qəbələ rayonu, Zarağan kəndi, Şuşa rayon 24 saylı tam orta məktəbdə Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti- quruculuq işlərindən, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərindən Əmrahov Məhəmməd Dadaş oğlu , Ələkbərov Habil Ənvər oğlu, Həsənov Əhəd Əmir oğlu və digər rayon sakinləri yol infrastrukturu, veteranlıq, işlə təmin olunma, Şuşaya qayıdışla bağlı suallarını Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova ünvanladılar. Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.