Sakinlərlə növbəti səyyar görüş keçirildi. Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir.
13 oktyabr 2023 | 18:50
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. 13.10.2023 -cü il tarixdə Kürdəmir rayonu, 564 ailəlik Məcburi Köçkün qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyada və regionda artan nüfuzundan danışdı, ölkəmizin sosial -iqtisadi inkişafı, işğaldan azad edilən ərazilərin yenidən qurulması, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.