Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərsalma və Memarlıq ili çərçivəsində “14 iyul 1969-cu il: Milli tariximizin dönüş anı” adlı dəyirmi masa keçirildi

13 iyul 2026 | 12:58

13 iyul 2026-cı il tarixində Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Milli tariximizin dönüş anı” adlı dəyirmi masa keçirildi. Şuşa Rayon İcra Hakimiyyətinin , Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının, gənclərin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edənlər Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atması barədə geniş məlumat verdilər. Həmçinin Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər gördüyündən bəhs edərək əlavə etdilər ki, “Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Diskussiya formatında keçirilən dəyirmi masada Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı gəncləri maraqlandıran suallar Rayon İcra Hakimiyyətinin və kitabxananın əməkdaşları tərəfindən cavablandırıldı.

Keçidlər