Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və memarlıq ili” çərçivəsində “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü  - Müstəqillik Salnaməsi” adlı silsilə tədbirlər keçirilmişdir

16 oktyabr 2026 | 16:00

16.10.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin, mədəniyyət müəssisələrinin və ümumtəhsil məktəblərin iştirakı ilə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü - Müstəqillik Salnaməsi” adlı silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, mövzu ətrafında çıxışlar dinlənilmiş, videoçarx nümayiş etdirilmiş və sərgi nümayiş olunmuşdur.

Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışmış, müstəqil Azərbaycanın inkişaf yolunda əldə etdiyi nailiyyətlərə toxunulmuş, dövlət suverenliyinin möhkəmləndirilməsində milli birliyin, vətəndaş həmrəyliyinin və gənclərin fəal mövqeyinin rolu diqqətə çatdırılmışdır. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşadığı diqqətə çatdırılmışdır.

Keçirilən tədbirlərdə tariximizin mühüm hadisələrini dərindən öyrənən, milli-mənəvi dəyərlərinə sahib çıxan və dövlətinə bağlı yetişən şagirdlərə, gənclərə müstəqilliyimizin gələcək təminatçıları olduqları, Azərbaycanın müstəqillik tarixi ilə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfər və ərazi bütövlüyünün bərpası aşılanmış, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin şərəfli həyat yolu onlara nümunə kimi göstərilmişdir.

Keçidlər