Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və memarlıq ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı Bülbül qoxulu Zəfər günü” adlı rayon tədbiri keçirilmişdir

07 noyabr 2026 | 17:56
07 noyabr 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında “Şəhərsalma və memarlıq ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı Bülbül qoxulu Zəfər günü” adlı rayon tədbiri keçirilmişdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Humanitar Kollecinin müəllim və tələbələri, qazilər, şəhid ailələri, müharibə veteranları, idarə, müəssisə rəhbərləri, ziyalılar və Şuşa rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhid qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 44 günlük Qələbəyə həsr edilən videojiros nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayon sakinlərini və bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik etmiş, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, xalq-ordu-dövlət birliyindən bəhs etmiş, vurğulamışdır ki, bu tarixi qələbə xalqımızın milli qürurunu bərpa etməklə yanaşı, regionda yeni reallıqlar yaratmışdır. O, xalq-ordu-dövlət birliyinin ("Dəmir Yumruq" fəlsəfəsinin) bu qələbədəki həlledici rolunu vurğulayaraq qeyd etmişdir ki, 30 illik işğala son qoyan bu tarixi Zəfər təkcə torpaqlarımızın azad olunması deyil, həm də xalqımızın milli mənliyinin və qürurunun bərpasıdır.
YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səlim Səlimli çıxışlarında Azərbaycan xalqını bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edərək bu tarixi Qələbənin memarı, polad iradəsi və qətiyyəti ilə xalqımızı vahid məqsəd ətrafında birləşdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyini və qəhrəman Azərbaycan Ordusunun sarsılmaz gücünü xüsusi vurğulamışlar:
"Müzəffər Ali Baş Komandanımızın həm diplomatik müstəvidə, həm də informasiya cəbhəsində nümayiş etdirdiyi sarsılmaz qətiyyət ordumuzun döyüş meydanındakı uğurlarını tamamlayaraq bizi yekun qələbəyə apardı. Dünyanın ən güclü orduları sırasında yer alan rəşadətli Azərbaycan Ordusu isə 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazdı. Əsgər və zabitlərimiz keçilməz hesab olunan istehkamları yararaq Şuşanın dağlıq relyefində dastanlara sığmayan əlbəyaxa döyüşlərlə torpaqlarımızı işğaldan azad etdilər. Prezidentin strateji zəkası ilə ordumuzun rəşadəti birləşərək xalqımıza bu böyük tarixi qüruru bəxş etdi".
Daha sonra çıxış edən şəhid valideynləri və ailə üzvləri övladlarının göstərdiyi şücaətlərdən qürurla danışmış, onlara göstərilən yüksək dövlət qayğısına və diqqətinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirə qatılan qazilər və müharibə iştirakçıları isə keçdikləri şərəfli döyüş yolundan, Şuşanın, Füzulinin, Kəlbəcərin və digər rayonlarımızın azadlığı uğrunda gedən döyüşlərdəki xatirələrindən söz açmış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının dövlətimizin gələcəyi üçün nə dərəcədə önəmli olduğunu vurğulamışlar.
Bayram tədbiri Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Zəfər gününə həsr olunmuş “İki əsgər” tamaşası ilə davam etmişdir.
Keçidlər