Şəhid ailələri ziyarət olunub
25 noyabr 2022 | 09:43
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Zəfər tariximizin əbədiyyətə qovuşan simaları arasında Şuşa rayonundan olan qəhrəman oğullarımızın xatirəsi daim ehtiramla yad edilir, şəhid ailələri Şuşa Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Şuşa Rayon İcra Hakimiyyətinin, YAP Şuşa rayon təşkilatının əməkdaşları, rayonun idarə və müəssiələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar. Şuşa Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi II Qarabağ vətən müharibəsinin şəhidi Məmməd Pərviz Şakir oğlunun və Ələkbərli Samir Şamil oğlunun ailəsini ziyarət etmişdir. Şəhid yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Şəhid yaxınlarının problemləri və onları narahat edən məsələlərlə də maraqlanılıb. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərlərimizə rəhmət eləsin.