Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə, qazilərə bayram sovqatları paylanılıb

30 dekabr 2022 | 14:25
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları təqdim edilmişdir.
Şəhid ailələrinin üzvləri, qazilərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə növbəti dəfə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər