Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi

27 sentyabr 2026 | 17:10
27 sentyabr Anım günü ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, tələbələrin iştirakı ilə ll Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan igid, qəhrəman Azərbaycan oğullarının məzarları II Fəxri Xiyabanda, daha sonra Zəfər parkında Zəfər abidəsi önündə onların əziz xatirəsi ehtiramla yad edildi. Şuşa Rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə Anım günü ilə əlaqədar ehsan süfrəsi açıldı. Mərasimdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Milli Məclisin deputatı Polad Bülbüloğlu da iştirak ediblər. Anım mərasimində Şanlı Zəfər tariximizdən, qəhrəman igidlərimizin döyüş yolundan söz açıldı, şəhidlərimizin ruhuna dualar oxundu.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər