Şriftin ölçüsü :

Saytın rəngi :

"Su ehtiyatlarından səmərəli istifadə edək” adlı maariflənmə tədbiri keçirilib

04 may 2022 | 17:56

Cənab Prezidentin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Ümumilikdə götürsək, son illər regionlarda yaradılmış yeni su mənbələri əhalinin içməli su təminatını xeyli yaxşılaşdırmışdır. Bölgə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə Şirvan-Muğan, Saatlı-Sabirabad qrup su kəmərləri, Külüllü su qurğuları kompleksi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları yaradılmışdır. Bu mənbələrdən rayon mərkəzlərinə və bir sıra kəndlərə suyun verilməsi təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 avqust 2022-ci il tarixdə 1 saylı tam orta məktəbdə “Su ehtiyatlarından səmərəli istifadə edək” adlı maariflənmə tədbiri keçirilib.
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə maarifləndirici işlərin davam etdirilməsi qərara alınıb.

Keçidlər