“Sülh aylığı” çərçivəsində tədbir keçirilmişdir
03 sentyabr 2026 | 15:33
Şuşa Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “21 avqust-21 sentyabr Sülh Aylığı” çərçivəsində tədbir keçirildi. Şuşa RİHB Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qalib Kazımov öz çıxışında “Sülh Aylığı”nın əhəmiyyətindən danışaraq sülhün cəmiyyətdə qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsində rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin siyasi iradəsi və sülhün əldə olunması istiqamətində göstərdiyi səyləri qeyd edərək bildirib ki, sülhün davamlı olması üçün cəmiyyət olaraq dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməli, milli birlik və həmrəyliyimizi qorumalı, qarşılıqlı hörmət və dialoq mühitinin möhkəmlənməsinə öz töhfəmizi verməliyik. Tədbirdə Azərbaycan Respublikasının regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verdiyi, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olduğu iştrakçıların nəzərinə çatdırıldı. Həmçinin 2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamızın Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulduğu, ölkə Prezidenti cənab İlham Əliyevin 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalaması barədə tədbir iştrakçılarına məlumat verildi. Eyni zamanda davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyine aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması və müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişa etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyü bütün formalarının qarşısının alınması barədə müzakirələr aparıldı.
Tədbirdə çıxış edən digər natiqlər diqqətə çatdırmışdır ki, Sülh aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.
Tədbirdə çıxış edən digər natiqlər diqqətə çatdırmışdır ki, Sülh aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.
#SülhAylığı






