Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirildi

08 may 2022 | 14:49

Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın dilbər guşəsi, ata - baba yurdumuz, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirilib. Mayın 5-dən 8-dək keçirilən festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və müxtəlif şəhər və bölgələrdən nümayəndələri iştirak etmişlər. Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Festivalda bütün xalqlar və millətlər birləşib, müxtəlif ölkələrin milli mətbəxləri və adət-ənənələri təbliğ etdi, bu da beynəlxalq festivalın multikulturalizm səviyyəsindən xəbər verdi.Festival zamanı müxtəlif ölkələrin və xalqların maddi-mənəvi dəyərləri təqdim edilməsi üçün fərqli formatda pavilyonlar quraşdırılmışdır. Ölkələrinin mədəniyyətlərini nümayiş etmək üçün qonaqlar pavilyonlarda xalqlara xas memarlıq üslubu, bədii proqram, milli musiqi, konsert və sərgilər, tanınmış əsərlərdən xüsusi nömrələr və tamaşalarla tanış edilmişdir. Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilib. Festival tədbir iştirakçılarının Azərbaycanın milli rəqsi olan “Yallı” sədaları altında rəqsi ilə yekunlaşıb.

Keçidlər