Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrı 150-ci teatr mövsümündə görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan Tifaq” əsərini tamaşaya qoymuşdur

10 iyun 2024 | 10:13
Şuşa teatrı 150 illik tarixə mənsubdur. 1874-cü ildə təməli qoyulan teatr 1992-ci ildən Bakı şəhərində fəaliyyətini davam etdirir. Ötən illərdə 22 Respublika festivalında, 5 beynəlxalq festivalda iştirak etmiş teatrın hazırda cari repertuarında 23 tamaşa var. Şuşa teatrı 2022-2023-cü illərdə Azad Şuşada keçirilən festivallarda iştirakları ilə fəxr edir, qürurlanırlar.
Bu yubiley mövsümündə “Dağılan Tifaq” tamaşasının quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Yadigar Muradov, rejissor Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatı Respublikanın Əməkdar artisti Azad Məmmədova aiddir. Teatrın baş rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimovdur. “Dağılan Tifaq” klassik faciədir. Bəy və mülkədar ailələrinin harınlığı, acgözlüyü, ailə dəyərlərinə etinasızlığı, keçirdikləri eyş-işrətlər, böyük günahlar, cəmiyyətin yaşadığı dövrün təsviri tamaşada böyük ustalıqla əks olunur.
Aktyorların peşəkarlıqla rollarının nümayişi, uyğun səs effektəri, geyimlərin dövrə aidliyi, səhnə tərtibatı tamaşanı daha zəngin və mükəmməl əks etdirdi. Tamaşada yüksək sənətkarlıqla bərabər, səmimi, həqiqətlərə uyğun mühitin yaranması ustalıqla hiss olunurdu.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tamaşanın bütün yaradıcı heyətinə, aktyorlara minnətdarlığını bildirdi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi, igid oğullarımızın şücaəti, Rəşadətli Ordumuzun qəhrəmanlığı ilə vətənimiz Şuşa - Zəfər Tarixini yaşayır. Azad Şuşada bərpa, quruculuq işləri aparılır, əhalinin Qayıdış proqramına uyğun mərhələli köçürülməsi başlanmışdır. İnanırıq ki, bir gün Şuşa Dövlət Musiqili Dram Teatrı da öz truppası ilə birlikdə əzəli və əbədi məskəninə qayıdacaqdır.
Keçidlər