Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir

01 iyun 2026 | 17:11
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Uşaq hüquqlarının müdafiəsi üzrə rayon komissiyasının üzvləri, Şuşa rayon ümumtəhsil müəssisələrinin “Uşaq birlikləri” təşkilatlarının müəllimləri və şagirdlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar iştirak etmişlər.
​Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun təbrikini uşaqlara çatdırmış, Beynəlxalq Uşaqlar Gününün bütün dünyada olduğu kimi ölkəmizdə də yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışmışdır. O, uşaqların gələcəkdə cəmiyyətimiz üçün yararlı vətəndaş kimi formalaşmasında müəllimlərin və valideynlərin üzərinə düşən məsuliyyətin hər birimiz tərəfindən dərk olunmasının vacibliyini vurğulamışdır.
​Tədbirdə uşaqların ifasında müxtəlif şeirlər və mahnılar səsləndirilmişdir. Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları uşaqları “Nağıllar aləmində” tamaşası ilə sevindirmişlər. Tamaşa şən musiqilər və aktyorların mütəmadi olaraq balaca tamaşaçılarla dialoqu ilə müşayiət olunmuşdur.
Keçidlər