Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musiqili Dram Teatrında “Vətən bölünməz, Şəhidlər ölməz” adlı tədbir keçirildi

23 oktyabr 2024 | 17:30

Şuşa Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 23 oktyabr 2024-cü il tarixdə Şuşa Dövlət Musiqili Dram Teatrında “Vətən bölünməz, Şəhidlər ölməz” adlı tədbir keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili – Məlahət İbrahimqızı, Millət vəkiləri – Mehriban Vəliyeva, Tənzilə Rüstəmxanlı, Tural Gəncəliyev, Azərbaycan Respublikasının xalq artisti – Nurəddin Mehdixanlı, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bu gün nəinki Qarabağ və Şərqi Zəngəzura, eyni zamanda, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılmasının hər bir dünya azərbaycanlısını qürurlandırğını bildirdi. Müəllifi Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli olan Qərbi Azərbaycan İcmasının dəstəyi ilə yazılmış “Qərbi Azərbaycan şəhidləri” adlı kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirən Bayram Səfərov Birinci Qarabağ və İkinci Vətən müharibəsində həlak olan Qərbi Azərbaycan əsilli şəhidlərin ruhunun xalqımızın qəlbində əbədi yaşayacağını, tarixi azərbaycan topaqlarına, Qərbi Azərbaycana qayıdışımızın dövlətimizin uğurlu diplomatiyası nəticəsində reallaşacağına bütün azərbaycan xalqının inandığını diqqətə çatdırdı. Tədbirdə çıxış edən Millət vəkilləri, ziyalılar, şəhid ailələri Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və deportasiya siyasəti, Qərbi Azərbaycan İcması və Qayıdış Konsepsiyası barədə danışdılar, vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və dövlətimizin başçısının Xankəndi və digər ərazilərimizdə Bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Müstəqil Azərbaycanın və onun qüdrətli liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır. “Qərbi Azərbaycan şəhidləri” adlı kitabın çap olunması əzəli topaqlarımıza qayıdış yolunda görülən kompleks işlərin bir parçası kimi dəyərləndirdilər.
Tədbirin sonunda Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən “Şuşa qalası” broşürləri tədbir iştirakçılarına təqdim olundu, xatirə şəkli çəkdirildi.

Keçidlər