Şuşa Humanitar Kollecdə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə bayram tədbiri keçirilmişdir
02 fevral 2026 | 14:05
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Bayramov, Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova, kollecin müəllim və tələbələri, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər iştirak etmişdir. Tədbirdə Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında fəal iştirak etdiyi vurğulamış, gənclərə göstərilən dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərindən biri olduğu qeyd edilmişdir. Azərbaycan gənclərinin hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışılmış, gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir düşüncəli və təşəbbüskar olmasının vacibliyi vurğulanmışdır. Sonra Kollecin müəllim və tələbə heyətinin ifasında rəngarəng klassik və müasir müsiqi nümunələri səsləndirilmişdir.
Rayonun gənclər siyasətində fəal iştirakına və fərqlənən fəaliyyətinə görə seçilən gənclər Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.






