Şuşa rayon əhalisi ilə növbəti səyyar görüş-qəbul keçirildi
20 aprel 2023 | 16:49
20.04.2023 -cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Abşeron rayonu, Fatmayı qəsəbəsi, “Rabitəçi” sanatoriyasında yerləşən Şuşa rayon 9 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq qarşıdan gələn Ramazan bayramı münasibətilə Şuşa rayon sakinlərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada apardığı uğurlu siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş “Regionların sosial-iqtisadi inkişafı Proqramı” çərçivəsində icra edilməkdə olan böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşların arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.