Şuşa rayon əhalisi ilə növbəti səyyar görüş-qəbul keçirilmişdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın.
08 sentyabr 2023 | 17:05
Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlət hər zaman vətəndaşının yanındadır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın. Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, hazırlanmış qrafik əsasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayon əhalisinin məskunlaşdığı ərazilərdə səyyar görüşlər keçirir, əhalimizi narahat edən problemləri öyrənmək, onlara həssaslıqla yanaşmaq və operativ şəkildə həllinə nail olmaq üçün zəruri tədbirlər görür. RİH başçısı rayon əhalisi ilə növbəti səyyar görüşünü 08.09.2023 - cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 saylı tam orta məktəbdə keçirmişdir. Tədbirdə çıxış edən RİH baçşısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işləri, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilmiş, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görüş sakinlər tərəfindən razılıqla qarşılanmış, əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirən sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.