Şuşa rayon əhalisi ilə növbəti səyyar qəbul keçirildi
06 aprel 2023-cü il tarixdə Şuşa Humanitar Kollecdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon əhalisi ilə növbəti səyyar qəbulunu keçirdi. Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycanının beynəlxalq müstəvidə artan nüfuzu , "Böyük Qayıdış" Proqramının uğurla icra edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında ətraflı danışdı.
Rayon sakinləri çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və rayon rəhbərindən onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırdı.