Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon əhalisinin kompakt yaşayış yerlərində, idarə və müəssisələrdə gündəlik fiziki aktivlik proqramlarının keçirilməsi təşviq edilir

14 oktyabr 2023 | 16:06

Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən rayon ürzə Gənclər və İdman sektoru və rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslə birgə rayonun idarə, müəssisə və təşkilatlarında,  o cümlədən əhalinin kompakt yaşayış yerlərində gündəlik fiziki aktivlik proqramlarının keçirilməsini təşviq edilir.

 “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın 9.2.1-ci bəndinin icrası çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi iş yerləri üçün fiziki aktivlik proqramlarını, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

 Şuşa Rayon İcra Hakimiyyətinin  ictimai -siyasi və humanitar şöbəsinin əməkdaşları , inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, Mərkəzi Rayon Xəstəxanasınının həkimlərinin iştirakı ilə 2023- cü il ərzində əhali arasında mütəmadi Fiziki aktivlik ilə  bağlı maarifləndirici tədbirlər keçirilmiş, fiziki aktivliyin insan üçün əhəmiyyəti barədə materiallar paylanmışdır. Keçirilən tədbirlərdə qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu və qeyri-infeksion xəstəliklərin yaranmasına təkan verdiyini bildirilərək qeyd edilmişdir ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Həmçinin sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyəti nəzərə çatdırılmışdır.

Keçidlər