Şuşa Rayon Humanitar kollecində "Heydər Əliyev və milli intibah dövrü" adlı tədbir keçirildi
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra ümummilli lider Heydər Əliyev və vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözləri ilə tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova açdı. O, Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu qeyd etdi. Könül Hüseynova qeyd etdi ki, davamlı yüksəliş yolunda inamla irəliləyir müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Daha sonra "Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda kollecin tədris işləri üzrə direktor müavini Azər Səfixanlı, "Mədəniyyətə bağlı ömür mövzusunda kollecin müəlliməsi F.Aydənurova, "Xalqa bağışlanan ömür" mövzusunda kollecin müəlliməsi C. Əliyeva, "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda kollecin tələbə gənclər təşkilatının sədri S.Aslanova çıxışlar etdilər. Daha sonra kollecin tələbəsi N.Həsənova Zəlimxan Yaqubun "Sənin yerin görünəcək" şeirini söylədi. Tədbir boyu müxtəlif videoçarxlar nümayiş etdirildi. Rəsmi hissənin sonunda Şuşa rayon İcra Hakimiyyətinin başçısı B.Səfərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğunda gördüyü işlər barəsində çıxış etdi. Tədbirin bədii hissəsində müsiqi şöbəsinin hazırladığı konsert proqramı nümayiş etdirildi. Konsertdə kollecin müəllimlərindən A.Balaşova, Ç.Səmədova, İ.Dəmirçizadə, S.Abdullayev, R.Piriyev, F.Məhərrəmli və tələbələrdən isə N.Mansırlı, N.Babayeva, L.Vəliyeva, A.Süleymanzadə, M.Məmmədli, S.Ağayev, N.Səfərov, S.Nəcəfli, P.Hacızadə, E.Qasımov ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnı və musiqi nömrələri ilə çıxışlar etdilər.