Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” sanatoriyasında məskunlaşmış Şuşa rayon əhalisi ilə növbəti səyyar qəbulunu keçirdi

22 sentyabr 2023 | 17:59
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbul-görüşü keçirdi
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. 22 sentyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” sanatoriyasında məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi. Rayonun idarə, müəssisə rəhbərləri və sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Qarabağda aparılan nəhəng quruculuq işləri və görülən işlərlə paralel olaraq 19 sentyabr tarixində başladılan antiterror əməliyyatının qısa zamanda öz nəticəsini verməsi haqqında danışdı, Şuşa əhalisinin “Böyük Qayıdış” planına uyğun olaraq yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacağına əminliyini ifadə etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırıb.
Keçidlər