Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Şəki rayonu, Sarıca kəndində yerləşən Kəlbəcər rayon 123 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi

12 iyul 2024 | 17:05

2024-cü il iyul ayının 12-də Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Şəki rayonu, Sarıca kəndində yerləşən Kəlbəcər rayon 123 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Respublikamızda, eləcə də işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən böyük sosial layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər