Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Suraxanı rayonu, Günəşli qəsəbəsi, Niyazi adına Uşaq İncəsənət məktəbində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi

07 may 2024 | 17:05
07.05.2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Suraxanı rayonu, Günəşli qəsəbəsi, Niyazi adına Uşaq İncəsənət məktəbində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti- quruculuq işləri, əhalinin bir hissəsinin “Böyük Qayıdış” planına əsasən yaxın günlərdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin ölkəmizin sosial – iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənilib, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapmış, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Keçidlər