Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 2025 -ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi

12 avqust 2025 | 16:59
 
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin gücünü göstərən ən mühim amillərdən biridir. Prezident cənab İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 60 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Şuşa Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 2025 -ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərinin əhəmiyyətindən, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yorulmaz fəaliyyətindən, ölkə başçısının rəhbərliyi altında Qarabağda və Şərqi Zərgəzurda aparılan abadlıq və quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışdı. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etdi.
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənildi, onların həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.
Keçidlər