Şuşa Rayon İcra Hakimiyyəti başçısının 15.05.2026-cı il tarixdə İsmayıllı rayonunda məskunlaşmış şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın müxtəlif rayonlarında mütəmadi olaraq səyyar görüşlər keçirir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının 15.05.2026-cı il tarixdə İsmayıllı rayonunda məskunlaşmış şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Səyyar görüşdə sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.






