Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu, Xırdalan Şəhər Mədəniyyət evində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi

24 yanvar 2024 | 16:06
 
Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin gücünü göstərən ən mühim amillərdən biridir. Prezident cənab İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Şuşa Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2024 -cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhər Mədəniyyət evində rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib
Səyyar qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər