Şuşa Rayon İcra Hakimiyyəti başçısının əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir
30 aprel 2024 | 17:17
30.04.2024- cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Göyçay rayonunda məskunlaşmış Şuşa rayon sakinləri ilə Şuşa rayon 17 saylı tam orta məktəbdə səyyar görüşü keçirildi. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycanın iqtisadi, siyasi, mədəni sahələrdə davamlı və dinamik sürətlə inkişaf etdiyini bildirdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə dövlət başçımızın şəxsi nəzarəti altında genişmiqyaslı lahiyələrin uğurla icra olunduğunu və görülən işlərin bütün dünyanı heyrətə saldığını diqqətə çatdırdı. Görüşdə iştirak edən əhalinin şikayət, tələb və təklifləri eşidildi. Vətəndaşları narahat edən bəzi problemlər yerindəcə həll edildi. Bəzi məsələlərin həlli Rayon İcra Hakimiyyəti səlahiyyətləri xaricində olduğundan vətəndaşa hansı idarəyə müraciət etmək lazım olduğu barədə izahat verildi.