Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 01 avqust 2025-ci il tarixdə rayon əhalisi ilə keçirilmişdir
01 avqust 2025 | 17:29
Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 01 avqust 2025-ci il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Lokomotiv" düşərgəsində məskunlaşan rayon əhalisi ilə keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edirdi.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Ölkə başçısının yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin artan nüfuzu, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vemişdir.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.






