Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 05 iyul 2024-cü il tarixdə Ağcabədi rayonu, 556 saylı Məcburi Köçkün qəsəbəsində məskunlaşan rayon əhalisi ilə keçirildi
05 iyul 2024 | 17:58
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, neftdən gələn gəlirlərdən maksimum dərəcədə səmərəli istifadə edilərək qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsinin sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq layihələrin Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirildiyini bildirən RİH rəhbəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı Şuşa şəhərində aparılan bərpa, abadlıq-quruculuq işləri haqqında ətraflı danışdı.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.