Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 07 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Lokomotiv" düşərgəsində məskunlaşan rayon əhalisi ilə keçirildi

07 noyabr 2023 | 17:10
Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi
 
Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 07 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Lokomotiv" düşərgəsində məskunlaşan rayon əhalisi ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edirdi.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək qarşıdan gələn Zəfər Günü və Şuşa şəhər Günü münasibətilə başda Prezident cənab İlham Əliyev olmaqla xalqımızı, ordumuzun igid əsgər və zabit heyyətini, o cümlədən bütün Şuşalıları tədbirk etdi. Sərkərdəlik məharəti, siyasi iradə, iqtisadi güc, beynəlxalq aləmdə yüksək imic, xalq-iqtidar birliyi kimi amillərin bizi 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımıza qaytardığını bildirən RİH başçısı işğaldan azad edilmiş torğaqlarımızda aparılan tikinti-quruculuq işləri, "Böyük Qayıdış" proqramına əsasən yaxın gələcəkdə rayon əhalisinin doğma torpaqlarımıza köçürülməsi ilə bağlı görüş iştirakçılarını məlumatlandırdı.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.
Keçidlər