Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 18 aprel 2025-ci il tarixdə Ağdam rayonu, Mirzələr qış yatağında məskunlaşan rayon əhalisi ilə keçirildi
Səyyar qəbul qrafikinə əsasən Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 18 aprel 2025-ci il tarixdə Ağdam rayonu, Mirzələr qış yatağında məskunlaşan rayon əhalisi ilə keçirildi. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edirdi.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan daxili və xarici siyasət, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı Şuşa şəhərində aparılan bərpa, abadlıq-quruculuq işlərindən, Ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərindən danışmışdır.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini fərdi qaydada dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir. Qaldırılan məsələlər əsasən Şuşa şəhərinə qayıdış, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi köməklik barədə olmuşdur.