Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir

02 iyun 2023 | 17:02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə diqqət yetirilməsi ilə bağlıdır. Bu məsələyə daim toxunan dövlət başçısının əsas tələblərindən biri vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılmasıdır. Ölkəmizdə cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, həyata keçirilən bütün layihələrdə, tədbirlərdə, görülən işlərdə daim öz əksini tapır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları onu deməyə əsas verir ki, dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır. Bu da ölkə başçısı tərəfindən son illərdə imzalan Azərbaycan vətəndaşlarının, xüsusən şəhid ailələrinin, qazilərin həmçinin digər kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da artırılmasına yönəldilən Fərman, Sərəncamlarda öz əksini tapmışdır. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən mütəmadi olaraq respublikanın 58 rayonunda məskunlaşmış rayon sakinləri ilə səyar-qəbulların keçirilməsi və belə görüşlər zamanı əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 02.06.2023- cü il tarixdə Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində yerləşən 1 saylı Malıbəyli kənd tam orta məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir.Vətəndaşların müraciətləri əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilmişdir. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılmışdır.

Keçidlər