Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının Sabunçu rayonu, Ramana qəsəbəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirilib

05 may 2023 | 18:48
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Keçirilən səyyar qəbullar barədə vətəndaşların məlumatlandırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, yerlərdə keçiriləcək səyyar qəbulların qəbulu cədvəli əvvəlcədən təsdiq olunmuşdur. Bütün keçirilən səyyar qəbullar məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulmasına xidmət edir.
2023 - cü il may ayının 5 - də Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa rayon 6 saylı tam orta məktəbdə Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb. Əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə halını aldığını vurğulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səyyar qəbulların məqsədinin respublikanın müxtəlif rayonlarda məskunlaşan Şuşa rayon əhalisinin ortaya çıxan problemlərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib
Görüşdə səsləndirilən suallar və müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, Şuşaya qayıdış, işlə təmin olunma, aztəminatlılara yardımların göstərilməsi və sairə məsələlərlə bağlı olmuşdur.
Keçidlər