Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu 07 may 2026-cı il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə keçirilmişdir

07 may 2026 | 17:12
 
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 60 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. Növbəti səyyar görüş 07 may 2026-cı il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə keçirilmişdir. Görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra edilməsi, əhalinin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləmişdir.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən rayon sakinləri ölkədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bidirdirmişlər.
Keçidlər